Tbilisidə futbol ulduzlarının iştirakı ilə matç keçirilib - VİDEO
Tbilisidə "Milan"ın sabiq üzvü Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib.
Sportfm.az xəbər verir ki, matçda Kaladzenin keçmiş klub yoldaşları ilə yaxın keçmişin məşhur futbolçuları qarşılaşıb.
İştirakçılar arasında Luka Toni, Rivaldo, Andrey Şevçenko, Kafu, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Xavyer Sanetti və başqaları olub.
Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları Toni (dubl), Aleksandr İaşvili, Miçel Salqado, Rivaldo, Kafu, Kurani, Totti, Georgi Demetradze, Şevçenko və Marko Delvekkio vurub.
Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.
Oxşar xəbərlər
Françesko Totti koronavirusa yoluxdu - Özünü yaxşı hiss edir
Dünya futbol ulduzları Gürcüstanda meşə yanğınları üçün bir arada
"Milan"ın sabiq ulduzu hədiyyə payladı - FOTOLAR
Ronaldinyo Maradonaya qalib gəldi
Romada meydana çıxacaqlar: Maradona, Totti, Ronaldinyo...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası