Dünya futbol ulduzları Gürcüstanda meşə yanğınları üçün bir arada
Sentyabrın 29-da Gürcüstanın paytaxtı Tbilisidə dünya futbol ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçiriləcək.
Sportfm.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının təşəbbüsü ilə baş tutacaq qarşılaşmada Françesko Totti, Karles Puyol, Rivaldo, Dida, Andrey Şevçenko, Xavyer Zanetti, Zvonimir Boban, Serjinyo, Paolo Maldini, Luka Toni, Ernan Krespo, Vinsent Kandela, Marek Yankulovski, Alessandro Kostakurta, Demetrio Albertini, Dino Bacco, Massimo Ambrozini, Massimo Oddo, Marko Delvekkio, Sebastyan Frey, Kristian Abbyatti, Sebastyan Rossi, Cüzeppe Favalli, İvan Kordoba, Dario Şimiş və İbrahim Ba kimi tanınmış simaların iştirak nəzərdə tutulub.
Qeyd edək ki, “Dinamo Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bilet satışından əldə olunacaq vəsait yanğından zərər çəkən Borjomi meşələrinin bərpasına yönəldiləcək.
Oxşar xəbərlər
Bütün gəlir Türkiyəyə göndərilir – yalnız bilet satışı deyilmiş
“Dinamo” - “Neftçi” matçının biletləri satışda - Çempionlar Liqası
Tbilisidə futbol ulduzlarının iştirakı ilə matç keçirilib - VİDEO
Ronaldinyo Maradonaya qalib gəldi
Romada meydana çıxacaqlar: Maradona, Totti, Ronaldinyo...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası