reklam
Emrelinin klubuna 17 min 500 avro cərimə -
Sportfm.az xəbər saytı

Emrelinin klubuna 17 min 500 avro cərimə -UEFA


Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu UEFA tərəfindən cərimələnib.

Sportfm.az xəbər verir ki, Varşava təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Spartak”la (Moskva) ev oyununda (0:1) azarkeşlərinin açdığı təhqiramiz pankartlara görə cərimələnib. UEFA “Legiya”nı 17500 avro məbləğində cərimələyib.

Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

Oxşar xəbərlər

Mahir Emrelinin klubu cərimələndi - Azarkeşlərə görə
Mahir Emreli Çexiya klubunun hədəfində - “Legiya”nı tərk edəcək
"Legiya" səfərdə qələbə qazandı - VİDEO
"Legiya" Emrelini qrup oyunları üçün sifariş etdi - Avropa Liqası
Mahir Emreli tibbi müayinədən keçdi - “Legiya”da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər