reklam
Amerika kuboku: Bütün 1/4 finalçılar məlum oldu
Sportfm.az xəbər saytı

Amerika kuboku: Bütün 1/4 finalçılar məlum oldu


 
 
Amerika Kuboku-2016-da bütün 1/4 finalçılar müəyyənləşib. Sportfm.az saytının məlumatına görə, 1/4 final mərhələsi iyunun 17-də start veriləcək.
 
İlk oyun günündə meydan sahibi ABŞ millisi Ekvadoru sınağa çəkəcək. İyunun 18-də turnirin favoritləri arasında göstərilən Kolumbiya Braziliyanın mübarizəni dayandırdığı qrupu lider kimi tamamlayan Peru ilə üz-üzə gələcək.
 
1/4 finalın digər iki qarşılaşması ayın 19-na təsadüf edəcək. Çempionluğa əsas namizəd sayılan Argentinanın rəqibi Venesuela olacaq. Bu mərhələnin ən maraqlı cütlüyündə isə Meksika ilə Çili münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Yarımfinalda mərhələsindəki potensial cütlüklər də bəllidi. ABŞ - Ekvador görüşünün qalibi final yolunda Argentina - Venesuela cütlüyünün qalibinə rəqib olacaq.
 
Meksika - Çili görüşünün xoşbəxt komandası isə yarımfinalda ya Kolumbiya, ya da Peru ilə qarşılaşacaq.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları iyunun 21-22-də keçiriləcək. Final qarşılaşması isə iyunun 26-da olacaq.

Oxşar xəbərlər

Argentina Amerika Kubokunun yarımfinalına çıxdı - VİDEO
Amerika kubokunda finalçılar müəyyənləşdi - VİDEO
Amerika Kuboku: İlk finalçı məlum oldu - VİDEO
Amerika kubokunda yarımfinalçılar bəlli oldu -VİDEO
Amerika Kuboku: İkinci yarımfinalçı müəyyənləşdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər