Avro-2017: Azərbaycanın rəqibi bəlli olur
Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu gün pley-off mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq 2 qarşılaşmadan sonra 1/4 final cütlərinin hamısı bəlli olacaq.
Günün ilk qarşılaşmasında Polşa Türkiyəni sınağa çəkəcək. Qrup mərhələsində gözlənilən oyunu nümayiş etdirə bilməyən komandaların duelinin gərgin alınacağı proqnozlaşdırılır. "Ay-ulduzlular" rəqibləri ilə müqayisədə şanslı hesab edilsələr də, mərhələ adlamaqları heç də asan olmayacaq. Cütün qalibi isə Rusiya ilə oynayacaq.
Digər pley-off matçında Bolqarıstan Almaniya ilə üz-üzə gələcək. Bu görüşdə də aşkar favorit yoxdu. Lakin bolqarların heyətinin rəqibləri ilə müqayisədə daha təcrübəli voleybolçulardan təşkil olunması xeyirlərinə olan amildi. Cütün qalibi isə 1/4 finalda Azərbaycan yığmasına rəqib olacaq.
Avro-2017
Pley-off mərhələsi
27 sentyabr
18:00. Polşa - Türkiyə
20:30. Bolqarıstan - Almaniya
Qeyd edək ki, 1/4 final mərhələsində İtaliyanın Hollandiya, Serbiyanın Belarusla oynayacağı dəqiqləşib.
Oxşar xəbərlər
Euro-2017: Hollandiya İtaliyaya şans vermədi
Euro-2017: Xorvatiya turnirlə vidalaşdı
Euro-2017: Belarus yığması 1/4 finalda
Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr
Voleybol üzrə Avropa çempionatının ilk günü - Nəticələr və təqvim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası