reklam
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
Sportfm.az xəbər saytı

Azərbaycan 2-ci Olimpiya qızılını qazandı


Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb. Polşa idmançısı 1/16 finalda Tomas Briçenoya (Çili, dünya reytinqi 46) qalib gəlib.

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.

Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Palçik (İsrail, dünya reytinqi 11) olub. İsrailli cüdoçu 2020-ci ildə Avropa çempionu adını, 2023-cü ildə isə dünya çempionatının bürünc medalını qazanıb.

Kotsoyev bu gorüşdə də qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan, dünya reytinqi 4) olub. Turoboyev dünya (2022-ci il) və Asiya (2024) çempionudur.

Kotsoyev bu görüşdə də qalib gələrək finala çıxıb.

O, finalda İlia Sulamanidze (Gürcüstan, dünya reytinqi 2) ilə qarşılaşıb və rəqibinə qalib gələrək olimpiya çempionu olub.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Oxşar xəbərlər

Cüdo millimiz Parisdən Bakıya qayıdır - Olimpiada
Uşanqi ümidləri doğrultmadı - Paris-2024
Azərbaycan Olimpiadada daha bir medal qazandı
Cüdoçumuz 1/4 finalda - Paris-2024
"Hido" finalda - PARİS - 2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər