reklam
AÇ-2020: Azərbaycan neçənci səbətdə yer alacaq?
Sportfm.az xəbər saytı

AÇ-2020: Azərbaycan neçənci səbətdə yer alacaq?


Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib. Yığmamız 5-ci səbətdə qərarlaşacaq. 

Sportfm.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasındakı nəticələrdən sonra bəlli olub. D Liqasının III qrupunda ilk 2 yerdən birini təmin edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin 6-cı səbətdə yer almayacağı dəqiqləşib. 6-cı səbətə 5 komanda olacaq ki, onlardan birinin San-Marino olacağı bəllidi. Digər əsas namizədlər isə Malta, Andorra, Lixtenşteyn və Farer adaları hesab olunur. 

AÇ-2020-nin seçmə mərhələsinin püşkü dekabrı 2-si İrlandiyanın paytaxtı Dublində atılacaq. Püşkatma nəticəsində 10 qrup əmələ gələcək ki, onların 5-də 6, 5-də 5 komanda yer alacaq. Millinin 5-ci səbətdə yer alması özüdən zəif 1 komanda ilə düşmək şansının 50 faiz olması deməkdi.

Oxşar xəbərlər

Azərbaycan millisi hansı səbətdə yer alacaq? - DÇ-2022
"Qarabağ" Çempionlar Liqasında hansı səbətdə yer alacaq?
Millimiz seçmə mərhələdə Cəbəllütariqlə bir səbətdə
Dünya çempionatının püşkatmasının ilk səbəti müəyyənləşdi
DÇ-2018: Püşkatma mərasiminin vaxtı və şərtləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər