DÇ-2018: Püşkatma mərasiminin vaxtı və şərtləri açıqlandı
FİFA-nın Sürixdəki mənzil qərargahında qurumun İcraiyyə Komitəsinin iclası olub.
Sportfm.az xəbər verir ki, əsas müzakirə olunan məsələ Rusiyada keçiriləcək DÇ-2018-in püşkatması olub.
Bütün komandalar reytinqlərinə görə 4 səbətə bölünəcəklər. Hər səbətdə 8 milli olacaq. Səbətlərə bölünərkən FİFA-nın oktyabr ayında açıqlayacağı millilərin dünya sıralaması əsas tutulacaq. İlk səbətdə dünya çempionatında iştiraka haqq qazanmış 32 komandadan ən yüksək reytinə sahib 7-si və ev sahibi kimi Rusiya yer alacaq.
A-dan H-a qədər 8 qrup formalaşacaq ki, bu qruplarda Avropadan 2, digər konfederasiyaların hərəsindən ancaq bir komanda yer ala biləcək.
Qeyd edək ki, mundialın püşkatma mərasimi bu ilin dekabrın 1-də Moskvada keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkü atılacaq
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı
Litvaya gedən yol: Azərbaycan Fransa və İtaliya ilə eyni səbətdə
AÇ-2020: Azərbaycan neçənci səbətdə yer alacaq?
Dünya çempionatının püşkatmasının ilk səbəti müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası