Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Renatın komandası kubokla vidalaşdı
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” Ukrayna Kubokunun 1/16 finalında “LNZ Çerkassı” ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, görüşdə "Bukovina" uduzub.
Çernovtsıdakı qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə “LNZ Çerkassı” 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Qonaqların heyətində Roman Didik, Məhərrəm Yaşari və Denis Kuzik penaltiləri dəqiq yerinə yetirib. “Bukovina”da Vitali Daxnovski topu dirəyə vurub, Oleq Kojuşkonun zərbəsini qapıçı dəf edib, Vitali Qruşa isə topu qapının üstündən göndərib.
Renat Dadaşov da bu oyunda iştirak edib. 27 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Oxşar xəbərlər
Dadaşovun yeni klubu bilindi
Dadaşovun komandasından heç-heçə
Renat Dadaşov Polşada fərqləndi
Renat növbəti qolunu vurdu - Türkiyə Superliqası
Renat Dadaşov qol vurdu, komandası "Liverpul"la heç-heçə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası