Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: Fransa yarımfinalda - VİDEO
EURO 2016-da sonuncu 1/4 final matçı keçirilib. Sportfm.az saytının məlumatına görə, 4-cü yarımfinalçını müəyyən etmək üçün Fransa millisi ilə İslandiya qarşılaşıblar.
Görüş meydan sahiblərinin darmadağını ilə başa çatıb. Onsuz da bu mərhələyə qədər irəliləməklə boyundan yuxarı tullanmağı bacarmış İslandiya millisinin bundan artığına gücü çatmayıb. Xüsusilə də İngiltərəni mübarizədən kənarlaşdıraraq böyük diqqət cəlb edən "qeyzerlər ölkəsi”nin təmsilçiləri bu dəfə adlı-sanlı rəqibi qarşısında varlıq göstərə bilməyiblər.
Matça erkən qolla başlayan Fransa millisi artıq hissənin tamamında 4:0 hesabı ilə darmadağının əsasını qoymuşdu. İkinci hissədə Siqtorsunun qolu adalıları azca da olsa ümidləndirsə də, Jiru bu ümidləri cəmi 3 dəqiqə sonra öldürüb. 83-cü dəqiqədə Byarnassonun qolu isə statistikadan başqa bir işə yaramayıb.
Avropa çempionatı
1/4 final
3 iyul
Fransa - İslandiya 5:2
Qollar: Jiru, 13, 59, Poqba, 20, Paye, 42, Qrizman, 44 - Siqtorson, 56
Fransa: 1. Hüqo Lloris (q) (k), 3. Patris Evra, 7. Antuan Qrizman, 8. Dmitri Paye, 9. Olivye Jiru, 14. Bleyz Matuidi, 15. Pol Poqba, 18. Musa Sissoko, 19. Bakari Sanya, 21. Loren Kosielni, 22. Samuel Umititi
Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Benoy Kostil (q), 2. Kristof Jale, 4. Adil Rami, 5. Nqolo Kante, 6. Yohan Kabaye, 10. Andre Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakim Manqalya, 17. Lukas Dinye, 20. Kinqsli Koman
İslandiya: 1. Hanes Halldorson, 2. Birkir Severson, 6. Ranyar Siqurdson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnsson, 9. Kolber Siqtorson, 10. Gilfi Siqurdson, 14. Kari Arnason, 15. Con Dadi Bödvarsson, 17. Aaron Qunnarson, 23. Ari Skulason
Ehtiyat oyunçular: 12. Öqmundur Kristinsson, 13. İnqvar Yonsson, 3. Hakur Heydar Hokson, 4. Hyörtur Hermansson, 5. Sverir İnqasson, 11. Alfred Finboqasson, 16. Run Mar Siquryansson, 18. Elmar Byarnasson, 19. Hordur Maqnusson, 20. Emil Hallfredson, 21. Arnor İnqvi Traustason, 22. Eydur Qudyonson
Baş hakim: Byorn Kuypers
Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra
Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Maziç (Serbiya)
Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)
Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)
UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)
Sen-Deni. "Stad de Frans”
Oxşar xəbərlər
EURO 2016: Portuqaliya Avropa çempionudur! - VİDEO
EURO 2016: Fransa finalda! - VİDEO
EURO 2016: İslandiya və İtaliya 1/4 finalda! - VİDEO-YENİLƏNİB
EURO 2016: Macarıstandan qələbə, Portuqaliya itki ilə başladı - VİDEO
EURO 2016: Fransa qələbə ilə başladı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası