reklam
Cavab matçının hakimi dəyişdirildi
Sportfm.az xəbər saytı

Cavab matçının hakimi dəyişdirildi


Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlar çərçivəsində keçiriləcək "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Daha əvvəl qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasınıa tapşırılmışdı. Lakin dəyişiklikdən sonra bu görüş fransalı hakimlərə həvalə olunub. Referi Villi Delajoya yan xətt hakimləri kimi Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" - "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

“Qarabağ”ın “Dinamo” ilə oyunlarına hakim təyinatları - Konfrans Liqası
Klublarımızın cavab matçlarının təyinatları
"Sabah"ın oyunlarının hakimləri bilindi - Çempionlar Liqası
"Braqa" - "Qarabağ" matçının hakimləri açıqlandı
"Qarabağ" - "Molde" matçının hakimləri bilindi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər