reklam
Sportfm.az xəbər saytı

"Şamaxı"nın futbolçusu dünyasını dəyişdi


“Şamaxı” ailəsinə ağır itki üz verib.

Sportfm.az xəbər verir ki U-13 komandanın üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Qeyd edək ki, bu gün günorta saatlarında Qax rayonu ərazisində ölümlə nəticələnən qəza qeydə alınıb.

“Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə (oğlan) ölüb. Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes”in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Qəzada iki futbolçumuz həyatını itirdi - HADİSƏ
"Qəbələ"nin futbolçusu qəzaya düşdü - HADİSƏ
Azərbaycan yığmasının sabiq üzvü qəzada dünyasını dəyişdi - FOTO
Yenə idmançı, yenə qəza - ölən var
Azərbaycanda idmançı faciəvi şəkildə öldü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər