Millət vəkili "Qarabağ"a görə 3 saat 50 dəqiqə növbədə qaldı
“Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra "Qarabağ" - "Roma" futbol oyununa bilet aldım".
Sportfm.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində yazıb.
Millət vəkili bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdiyini qeyd edib.
“Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bilet satışını daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi”, - deyə deputat bildirib.
Oxşar xəbərlər
"Sumqayıt" - "Fehervar" oyununa 8 min bilet satıldı
Azərbaycan – İsveç oyununa satılan bilet sayı bilindi
“Qarabağ” “Molde” oyununa satılan bilet sayı - 19 min
Qanunsuz bilet satışına görə daha 22 nəfər saxlanıldı
Azərbaycan - Almaniya oyununa cəmi 3 min bilet!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası