Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fiziyev rəqibini nokautla uddu - UFC
Bu gün Bakıda UFC Fight Night turniri keçirilib.
Sportfm.az xəbər verir, bu, Azərbaycan paytaxtında təşkil olunan ikinci UFC turniridir.
Budəfəki yarış Milli Gimnastika Arenasında təşkil olunub. Döyüşlər saat 17:00-da başlanıb. Əsas qarşılaşmalar saat 20:00-da start götürüb.
İlkin görüşlərdə təmsilçilərimiz Tahir Abdullayev braziliyalı Ceferson Nasimentoya, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolana qalib gəlib.
Əsas görüşlərdə isə günün ilk qarşılaşmasında Almaniyadan Abus Maqomedov polşalı Mixal Olekseyçuka qalib gəlib. Rusiya təmsilçisi İkram Aliskerov braziliyalı Bruno Ferreyrayadan üstün olub. Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən Çarlz Consonu məğlub etməyi bacarıb.
Əsas görüşlərdə mübarizə aparan təmsilçimiz Nazim Sadıxov Braziliyadan olan rəqibi Mateus Kamiloya nakautla uduzub.
UFC Fight Night turnirinin əsas kartında diqqətçəkən döyüşlərdən biri Rusiyadan Şarabutdin Maqomedovla braziliyalı Mişel Pereyra arasında baş tutub. Qarşılaşmadan Rusiya təmsilçisi hakimlərin qərarı ilə qalib ayrılıb.
Günün digər maraqla gözlənilən döyüşündə isə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı İqnasio Bahamondes Torreslə qarşılaşıb. O, rəqibini ikinci raundun başlanğıcında erkən nakauta göndərərək görüşdən qalib ayrılıb.
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiyə) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Oxşar xəbərlər
Azərbaycanlı döyüşçü nokautla məğlub oldu - UFC
UFC-də ilk qələbəsini Bakıda qazandı - FOTO
Bakıda UFC Fight Night turniri keçiriləcək
Fiziyevin Bakıda döyüşü olacaq - Tarix məlumdur
Bu gün Bakıda ilk dəfə UFC keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası