reklam
Güləş Federasiyasında yeni Komitə yaradıldı
Sportfm.az xəbər saytı

Güləş Federasiyasında yeni Komitə yaradıldı


Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsi yaradılıb.
Sportfm.az xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan ilk iclasda Komitənin təşkilati məsələlərinə baxılıb. Qərara əsasən, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov Komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə Komitənin katibi seçilib.

Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə İş şöbəsinin müdiri Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə milli komandanın məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.

Oxşar xəbərlər

Güləş Federasiyasında yeni baş katib
Tanınmış güləş hakimi karyerasını başa vurdu
AGF rəsmisinə Dünya Güləş Birliyi tərəfindən yeni vəzifə verildi
Nazim Hüseynova “Əməkdar idman xadimi” adı verildi
Azərbaycan Güləş Federasiyasına mükafat verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər