reklam
Sportfm.az xəbər saytı

"Şəfa" növbəti transferini açıqladı


Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində 2-ci transferini reallaşdırıb.

Sportfm.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev heyətə cəlb edilib.

Onunla 1 illik müqavilə imzalanıb.

Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

Xatırladaq ki, "Şəfa" ötən gün müdafiəçi Rauf Hüseynlinin də transferini açıqlamışdı.

Oxşar xəbərlər

"Şəfa"dan ilk transfer
"Şamaxı" ilk transferini açıqladı - RƏSMİ
"Sumqayıt" növbəti transferini açıqladı
"Kəpəz" yeni transferini açıqladı
"Qəbələ"dən ilk transfer - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər