reklam
Türkiyə yığmasından növbəti qələbə
Sportfm.az xəbər saytı

Türkiyə yığmasından növbəti qələbə


Türkiyə milli komandası DÇ-2026-ya hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Vinçenzo Montellanın komandası Venesuela ilə qarşılaşıb 2:1 hesabı ilə qalib gəlib.

ABŞ-nin Florida ştatında yerləşən “İnter Mayami” stadionunda keçirilən oyunda hesabı Venesuela açıb. Qarşılaşmanın 13-cü dəqiqəsində Gleiker Mendoza fərqlənib. Türkiyə isə 44-cü dəqiqədə Barış Alper Yılmazın qolu ilə tarazlığı bərpa edib. İkinci hissədə üstün oyun nümayiş etdirən Türkiyə 53-cü dəqiqədə Yunus Akgünün qolu ilə önə keçib və hesabı qoruyaraq qələbə qazanıb.

Qeyd edək ki, "Ay-ulduzlular" bundan əvvəl Şimali Makedoniyaya 4:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Türkiyə yığması Meksikaya uduzdu
"Qəbələ" növbəti qələbəsini qazandı
Millimiz Türkiyə ilə bərabərə qaldı
Millimiz Türkiyə yığmasına qalib gəldi - Yoxlama oyunu
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər