Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan" bəyənat yaydı - "Dəyişiklik yoxdur"
2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq.
Sportfm.az xəbər verir ki, bu barədə "Turan Tovuz" məlumat yayıb.
Bəyanatda bildirilib: "UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: https://www.affa.az/index.php/news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb.
Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".
Əlavə olaraq bildirik ki, konfrans liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq kampına yollanacaq

Oxşar xəbərlər
"Neftçi"nin şikayətini təmin edilmədi - QƏRAR
AFFA 12 kluba lisenziya verdi
İrlandiya klubu Konfrans Liqasından kənarlaşdırıldı
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası