reklam
Ayı MMA döyüşçüsünü öldürdü
Sportfm.az xəbər saytı

Ayı MMA döyüşçüsünü öldürdü


Kanadada 27 yaşlı hindistanlı MMA döyüşçüsü Xrişikeş Kolot ayının hücumuna məruz qalaraq vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Faciəvi hadisə mayın 8-də Saskaçevan əyalətində baş verib. Hindistanın Kerala ştatından olan Xrişikeş Kolot on ildən çoxdur ki, qarışıq döyüş növləri (MMA) ilə məşğul olurdu və UFC-də çıxış etməyi arzulayırdı.

Kolot 2023-cü ildə Kanadaya köçmüş və uran yataqlarının kəşfiyyatı ilə məşğul olan "UraniumX Discovery Corporation" şirkətində texnik kimi çalışırdı.

Mərhumun qardaşının sözlərinə görə, o, yaxın vaxtlarda Vankuverdə boks məşqçisi kimi işə düzəlmişdi və iyun ayında yeni vəzifəsinin icrasına başlamalı idi.

Oxşar xəbərlər

MMA döyüşçüsü dava-dalaşda öldü
Döyüşdə nokaut alan idmançı xəstəxanada vəfat etdi
İki qadınla ailə quran UFC döyüşçüsü: “Allah bizi belə yaradıb”
Vasif Namazov: "Əsas odur ki, başqa döyüş növləri ilə oxşarlıq olmasın" -VİDEO
İlk Olimpiya çempionu dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər