reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin Premyer Liqada 400-cü qolu


Misli Premyer Liqasının 33-cü turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, qəsəbə klubu Premyer Liqada 400-cü dəfə qol sevinci yaşayıb.

Yubiley qoluna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/16 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər

100-cü heç-heçə - Yubiley
"Turan Tovuz"dan yubiley qolu
Premyer Liqada 350-ci qollarını vurdular - UĞUR
100-cü səfər qolu
"Zirə"nin əlamətdar səfər oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər