reklam
Süni intellekt La Liqada
Sportfm.az xəbər saytı

Süni intellekt La Liqada


İspaniya futbolunda gələn mövsümdən etibarən hakimlərin fəaliyyətinin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq.

Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu La Liqanın prezidenti Xavyer Tebas bildirib.

Onun sözlərinə görə, sistem iki əsas istiqamətdə tətbiq ediləcək. Birinci istiqamət hakimlərin işinin qiymətləndirilməsi olacaq: “Süni intellektin köməyi ilə ən azı 40 faiz daha obyektiv qərar verə biləcəyimiz alət yaradırıq. Sistem bütün oyunları analiz edəcək və hakimin hansı qərarlarda haqlı olduğunu göstərəcək”.

La Liqa rəhbəri əlavə edib ki, süni intellekt hakim təyinatlarında da köməkçi rol oynayacaq. Sistem hər oyun üçün müəyyən parametrlərə əsasən 2-3 hakim namizədi təqdim edəcək, yekun qərarı isə yenə insanlar verəcək.

Qeyd olunur ki, süni intellekt hakimləri özü təyin etməyəcək, yalnız tövsiyə xarakterli seçimlər edəcək.

Oxşar xəbərlər

"Karvan" da süni örtüklü meydançada oynayacaq
AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil etdi
"Süni otda oynamaq asan deyil” - Kenni Sayef
Süni intellekt yeni idman növü yaratdı - FOTO
AFFA hansı stadionların qazonunu dəyişəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər