reklam
22 il sonra çempion oldular -
Sportfm.az xəbər saytı

22 il sonra çempion oldular -UĞUR


İngiltərənin "Arsenal" klubu tarixində 14-cü dəfə ölkə çempionu olub.

Sportfm.az xəbər verir ki, bu, Premyer Liqanın XXXVII turunda gerçəkləşib.

"Topçular" evdə "Börnli"yə 1:0 hesabı ilə qalib gəldikləri halda, London komandasının əsas rəqibi "Mançester Siti" səfərdə "Bornmut"la heç-heçə edib - 1:1.

Hesabı 40-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Eli Krupi açıb. 90+5-ci dəqiqədə isə "şəhərlilər"in hücumçusu Erlin Holann bərabərlik qolunu vurub.

Nəticədə sona bir tur qalmış 82 xala malik "Arsenal" 78 xalı olan "Mançester Siti" üçün əlçatmaz olub.

Paytaxt təmsilçisinin mövsümü daha bir titulla başa vurmaq imkanı var. Bunun üçün mayın 30-da keçiriləcək Çempionlar Liqasının final matçında Fransa PSJ-sini məğlub etmək lazımdır.

Qeyd edək ki, "Arsenal" sonuncu dəfə 2003/2004 mövsümündə İngiltərə çempionu olub. “Topçular” həmin mövsüm əfsanəvi baş məşqçi Arsen Vengerin rəhbərliyi altında çempionatı məğlubiyyətsiz başa vurub.

Oxşar xəbərlər

"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
“Man Siti” çempiondur! - 10-cu dəfə
“Mançester Siti”dən çətin qələbə
Salahdan yeni rekord - Premyer Liqa
Arsen Venger üçün abidə ucaldılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər