reklam
Çempionluq oyununa hakim təyinatları
Sportfm.az xəbər saytı

Çempionluq oyununa hakim təyinatları


Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.
Sportfm.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.

“Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması FİFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək. Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.

Oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. “Neftçi” hazırda 52 xalla liderdir. İkinci sıradakı “Araz-Naxçıvan”ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.

Oxşar xəbərlər

III turun təyinatları açıqlandı - Yüksək Liqa
1/4 finalın təyinatları - Azərbaycan Kuboku
1/8 finalın hakimləri məlum oldu - Azərbaycan Kuboku
“Araz-Naxçıvan” – “Neftçi” matçında FİFA referisi
Mövsümün ilk oyunu FİFA referilərinə tapşırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər