Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xankəndi stadionunun avqust-sentyabr ayınadək hazır olacaq -Nazir açıqladı
Xankəndi stadionunun avqust-sentyabr ayınadək tam hazır olacağı gözlənilir.
Sportfm.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, işlərin bir az ləngiməsinin səbəbini də açıqlayıb:
"Etiraf edəcəyəm, Xankəndi stadionu ilə bağlı bir az ləngimə oldu. Ötən il Xankəndidə III MDB Oyunlarının oxatma yarışı baş tutdu. Bu səbəbdən bəzi işləri ləngitməli olduq. Bu stadion UEFA standartlarına cavab verəcək. Burada beynəlxalq yarışların keçirilməsini də istəyirik. Milli komandamızın da burada bəzi oyunları keçirməsini istəyirik. Ot örtüyü, paltardəyişmə otaqları, tribunalar hazırdır. Bəzi tamamlama işləri gedir. Bəzi avadanlıqlar xaricdən gələcəyi üçün gözləyirik. Ümid edirik ki, avqust-sentyabr ayınadək tam hazır olacaq".

Oxşar xəbərlər
Xankəndi stadionu yeni görkəmə bürünür - FOTO
Xankəndi stadionunun son durumu - FOTO
Azərbaycanda bu stadion təmir edilir - FOTO
Nazir Xankəndi stadionuna baş çəkdi - FOTO
Xankəndi stadionu Nazirliyin balansına verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası