reklam
“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Sportfm.az xəbər saytı

“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalanıb


“Qarabağ” Futbol Klubu avtomobil icarəsi sahəsində dünyanın aparıcı markalarından biri olan AVIS ilə əməkdaşlığa başlayıb.

Müqaviləyə əsasən, AVIS klubun rəsmi nəqliyyat tərəfdaşı olacaq.

Sportfm.az xəbər verir ki, 2026–2029-cu illəri əhatə edən əməkdaşlıq çərçivəsində klubun nəqliyyat ehtiyaclarının qarşılanması ilə yanaşı, müxtəlif layihələrin birgə həyata keçirilməsi və hər iki markanın dəyərlərinin qarşılıqlı şəkildə gücləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində AVIS Azərbaycan loqosu klubun ev oyunları zamanı stadionda, məşq bazalarında və rəsmi kommunikasiya kanalları daxil olmaqla bir çox platformada yer alacaq. Bundan əlavə, marka mətbuat konfranslarının brandwall zonalarında, klubun sosial media hesablarında və müxtəlif rəqəmsal layihələrdə aktiv şəkildə təqdim olunacaq.

Bu tərəfdaşlıq sayəsində AVIS Azərbaycan meydandan rəqəmsal platformalara qədər uzanan geniş kommunikasiya imkanları əldə edərək marka tanınmasını daha da artıracaq.

AVIS Türkiyə Koç Holding şirkətlər qrupunun törəmə müəssisələrindən biri kimi 1974-cü ildə fəaliyyətə başlayıb və hazırda Otokoç Otomotiv çatısı altında xidmətlərini davam etdirir. Otokoç Otomotiv AVIS markası ilə Türkiyə ilə yanaşı Azərbaycan, Yunanıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası və Şimali İraqda da fəaliyyət göstərir.

15 aprel 1997-ci ildə Azərbaycan bazarına daxil olan AVIS, malik olduğu təcrübəni, operativ mükəmməlliyi və korporativ idarəetmə yanaşmasını regiona gətirib. Bu gün uzunmüddətli və qısamüddətli icarə xidmətləri sahəsində bazarın aparıcı şirkətlərindən biri olan AVIS Azərbaycan təxminən 1200 avtomobildən ibarət parkı ilə Bakı və ətraf ərazilərdə fəaliyyət göstərir.

AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta təminatı, rəsmi servis mərkəzlərində pulsuz texniki xidmət, avtomobillərin istismar müddəti ərzində çevik idarə olunması kimi üstünlüklərlə yanaşı, yenilənən avtomobil parkı və 24 ildən artıq təcrübəsi ilə təhlükəsiz və müştəri məmnuniyyətinə əsaslanan xidmət təqdim edir.

Oxşar xəbərlər

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
"Turan" yeni tərəfdaşlıq müqaviləsi imzaladı - RƏSMİ
“Neftçi”dən yeni tərəfdaşlıq müqaviləsi
“Neftçi” AVIS-lə əməkdaşlığı davam etdirəcək - REKLAM
"Qəbələ"ni bir il nəqliyyat vasitələri ilə təmin edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər