reklam
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
Sportfm.az xəbər saytı

Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib


8 may 2026‑cı il tarixində Buzovna qəsəbəsində yerləşən “Baku Sporting Arena” stadionunda Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon bələdiyyələri və Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qəsəbələrarası futbol turnirinin final oyunu keçirilmişdir.

Sportfm.az xəbər verir ki, final qarşılaşmasında Buzovna və Binə bələdiyyələrinin komandaları üz‑üzə gəlmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, rayonun hüquq‑mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxsaylı futbolsevərlər izləyiblər. Oyuna Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Yüksək idman əzmi və rəqabət şəraitində keçən qarşılaşmada Buzovna bələdiyyəsinin komandası turnirin qalibi olmuşdur. Qeyd etmək lazımdır ki, bu cür turnirlərin təşkili gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, sağlam həyat tərzinin təbliğinə, həmçinin qəsəbələrarası dostluq və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Turnirin sonunda qalib komandaya kubok təqdim olunmuş, II və III yerləri tutan komandalar isə medal və fəxri diplomlarla təltif edilmişdir.
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib

Oxşar xəbərlər

Bakıda UEFA proqramı çərçivəsində turnir keçirildi
Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi bilindi
AFFA 2 saylı uşaq evində tədbir keçirdi - FOTO
Tovuzda mötəbər yarış keçiriləcək
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər