reklam
Birinci liqanın qalibi müəyyənləşdi
Sportfm.az xəbər saytı

Birinci liqanın qalibi müəyyənləşdi


Bu gün keçirilən iki oyunla futzal üzrə birinci liqada 2025-2026-cı illər mövsümünə yekun vurulub.

Sportfm.az xəbər verir ki, əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib.

Ötən mövsümün qalibi “Baku Fire-2” bu dəfə bürünc uğrunda matçda “Xan-Lənkəran”la gücünü sınayıb. Oyun "Xəzər-Lənkəran"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Final qarşılaşmasında isə qızıl medalı ötən il “Baku Fire-2” ilə dueldə əldən verən, əvəzində Azərbaycan kubokunu qazanan PFL və STAR kargo üz-üzə gəlib.

Görüş PFL-in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Xan-Lənkəran”, “STAR kargo” və PFL komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar və diplomlar, Birinci Liqanın qalibinə çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları - Xosrov Məmmədov və Həsən Əliyev təqdim ediblər.

Oxşar xəbərlər

Azərbaycan kubokunun püşkü atıldı - FOTO
Çempionatda iştirak edəcək komandalar - SİYAHI
Sensasiyaya imkan vermədilər - Azərbaycan Kuboku
Azərbaycan Kubokunun püşkü atıldı
Yüksək və Birinci Liqalarda yeni mövsümün püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər