Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Konfrans Liqasında finalçılar məlumdur
UEFA Konfrans Liqasının finalçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, İngiltərə "Kristal Pelas"ı evdə Ukrayna "Şaxtyor"unu 2:1 hesabı ilə məğlub edib.
Bu komandaların ilk görüşündə də "Dumanlı Albion" təmsilçisi qələbə qazanmışdı - 3:1. Beləliklə, "Kristal Pelas" ümumi nəticə 5:2 hesablı üstünlüklə adını finala yazdırıb.
Digər finalçının adına isə Fransada aydınlıq gəlib. "Rayo Valyekano" səfərdə "Strasburq"a ilk oyundakı kimi minimal hesabla qalib gələrək iki oyunun yekununda (2:0) mərhələ adlayıb.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
7 may (cümə axşamı)
23:00. "Kristal Pelas" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) - 2:1
Qollar: Pedro Enrike, 25 (öz qapısına); İsmaila Sar, 52 - Eginaldo, 34
Baş hakim: Alexandro Hernandes (İspaniya)
London, "Selhurst Park"
İlk oyun - 3:1
23:00. "Strasburq" (Fransa) - "Rayo Valyekano" (İspaniya) - 0:1
Qol: Alemao, 42
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Strasburq, "Stade de la Meinau"
İlk oyun - 0:1
Qeyd edək ki, UEFA Konfrans Liqasının finalı mayın 27-si Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Oxşar xəbərlər
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
Konfrans Liqasında 1/4 final həyəcanı - YENİLƏNİR
"Samsunspor"a qələbə bəs etmədi - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası