reklam
Millimiz Litvaya uduzdu
Sportfm.az xəbər saytı

Millimiz Litvaya uduzdu


16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, milli komanda Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində mayın 8-də Rumıniya, 11-də isə Gürcüstanla qarşılaşacaq.

Oxşar xəbərlər

Millimiz Monteneqroya qalib gəldi
Millimiz 6 qolla uduzdu
Millimiz Estoniyaya uduzdu - İnkişaf Turniri
İnkişaf Turnirinə məğlubiyyətlə başladıq
Qızlarımız özbəklərə uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər