Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa Kuboku üçün 15 cüdoçu
Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportfm.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda 8 çəki dərəcəsində 15 idmançı mübarizə aparacaq.
Qonşu ölkədə tatamiyə Ülvi Cəlilzadə, Əli Kazımzadə, Fərid Rzazadə (hamısı 50 kq), Səlim Hüseynov, Devid Mahmudov, Turan Ayvazlı (hamısı 55 kq), Məhəmməd Abdullazadə, Əli Əlizadə (hər ikisi 60 kq), Zaməddin Bağırov, Teymur Gülməmmədov (hər ikisi 66 kq), Ruslan Əsgərov, Akif Məmmədli (hər ikisi 73 kq), Hüseyn Səfərov (81 kq), Saleh Rzayev (90 kq), Hüseyn Hüseynov (+90 kq) çıxacaq.
Milliyə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 16 ölkədən 310 idmançı iştirak edəcək.
Avropa Kubokunun ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər – Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.
Qeyd edək ki, Avropa Kuboku iki gün davam edəcək.

Oxşar xəbərlər
Ölkəmizi Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular - SİYAHI
Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI
“Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Açıq Avropa turnirində iştirak edəcək idmançılarımız - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası