reklam
UEFA Polşa klubunu növbəti dəfə cəzalandırdı
Sportfm.az xəbər saytı

UEFA Polşa klubunu növbəti dəfə cəzalandırdı


UEFA Polşanın "Legiya" klubunu növbəti dəfə cərimələyib.

Sportfm.az xəbər verir ki, buna Moldova "Şerif"i ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş ev oyununda varşavalı fanatların qitə futbol klubu əleyhinə açdıqları banner səbəb olub.

Azarkeşlər UEFA emblemi fonunda və "35 min avro cərimə də çatdırılacaq" yazılmış, əlində kisə tutan donuz təsvirli banner nümayiş etdiriblər. Beləliklə, onlar Qazaxıstan "Astana"sı ilə Çempionlar Liqasının III təsnifat mərhələsi qarşılaşmasında Varşavadakı üsyanda öldürülənlərin xatirəsinə banner açdıqlarına və təhlükəsizlik qaydalarını pozduqlarına görə tətbiq olunmuş cəriməyə cavab veriblər.

İlk dəfə "Legiya"nı 35 min avro cərimələnmişdisə, bu dəfə qadağan olunmuş banner və pirotexnikadan istifadə üzündən 50 min avro ödəməli olacaq. Habelə, növbəti Çempionlar Liqası və ya Avropa Liqasındakı ev oyununda stadionda şimal tribunasına giriş qapadılacaq.

Oxşar xəbərlər

"Neftçi" 40 min avro ziyana düşdü
UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi
UEFA iki klubu cərimələdi
150 fayer üçün 43 min avro ödədilər - FOTO
UEFA "Liverpul" və "Sevilya"nı cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər