Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
MOK-dan mühüm qərarlar
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, aprelin 9-da Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
İcraiyyə Komitəsinin iclasını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, İK üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşınmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspert Şurasının yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.
İclasda Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşınmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medalları Olimpiya mükafatçıları yunan-Roma güləşi üzrə Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqomedova təqdim edilib.
Çingiz Hüseynzadə İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarının yekun nəticələrindən danışıb: "Milan-Kortina-2026 Qış Olimpiya Oyunları ölkəmizin iştirak etdiyi səkkizinci Qış Olimpiadası idi.
Ölkəmiz ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub və o vaxtdan etibarən ardıcıl olaraq bütün Qış Olimpiadalarında iştirak edib(sportnet)

Oxşar xəbərlər
Zədələnən olimpiya medalları geri qaytarılır
İdmançımız olimpiadada 51-ci oldu
Olimpiyaçılarımızı Milanda ziyarət etdilər - FOTO
İcraiyyə Komitəsinə yeni üzvlər seçildi
Çingiz Hüseynzadə Lozannaya yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası