reklam
Bəhlul Mustafazadə Çempionlar Liqasında fərqləndi
Sportfm.az xəbər saytı

Bəhlul Mustafazadə Çempionlar Liqasında fərqləndi


UEFA Çempionlar Liqasının 1 /4 final mərhələsinin matçlarından sonra “Qarabağ”ın futbolçuları hələ də müxtəlif göstəricilərdə ən yaxşılar arasındadırlar.

Sportfm.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqası oyunlarında ən yüksək sürətə malik oyunçular siyahısına qoşulub. O, saatda 36,5 km sürətlə ilk beşliyi tamamlayır. İlk üçlüyə “Pafos”un hücumçusu Landri Diamata (39,6), “Bayer”in forvardı Patrik Şik (39,6) və PSJ-nin cinah oyunçusu Bredli Barkola (36,7) daxil olub.

Eyni zamanda, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski seyvlərdə (45) dördüncü pillədəki yerini qoruyub. O, “Budo-Qlimt”in qapıçısı Nikita Haykin (68), “Real”dan Tibo Kurtua (56) və “Qalatasaray”ın qapıçısı Uğurcan Çakırdan (48) geri qalır.

“Qarabağ” ümumi mərhələdə 22-ci yeri tutub və pley-off oyunlarından sonra Çempionlar Liqasını tərk edib.

Oxşar xəbərlər

Bəhlul Mustafazadə əməliyyat olundu
Koxalski "Top-11"də - SİYAHI
"Qarabağ"ın qapıçısı Almaniya səfirliyində oldu
"Qarabağ" - "Ferentsvaroş" - Start heyətlər
Çempionlar Liqasında Pley-off mərhələsinin cütləri məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər