reklam
Luçesku yad ediləcək -
Sportfm.az xəbər saytı

Luçesku yad ediləcək -Türkiyədə


Türkiyə Futbol Federasiyası ötən gün dünyasını dəyişən məşqçi Mirça Luçeskunun xatirəsini yad edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Türkiyədə 8-13 aprel tarixlərində keçiriləcək bütün futbol matçlarından öncə rumıniyalı mütəxəssisin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Klublar istəsələr, futbolçular qollarına qara sarğı bağlaya bilərlər.

Qeyd edək ki, Mirça Luçesku "Qalatasaray" (2000-2002), "Beşiktaş" (2002-2004) və Türkiyə millisini (2017-2019) çalışdırıb. O, "Qalatasaray"la 2000-ci ildə UEFA Super Kubokunu qazanıb.

Oxşar xəbərlər

Un mod bun, Mirca…
Ölən futbolçular 1 dəqiqəlik sükutla yad ediləcək
Türkiyə yığmasının baş məşqçisinin adına aydınlıq gəldi
Luçesku daha bir kluba rədd cavabı verdi
Xorvatiyalı məşqçi Türkiyəni tərk edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər