Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
34 yaşında futboldan getdi -FOTO
Braziliyalı futbolçu Oskar 34 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Sportfm.az xəbər verir ki, “San-Paulu”nun məlumatına görə, bu qərara səbəb futbolçuda aşkarlanan ürək problemi olub. O, noyabrın 11-də tibbi baxış zamanı huşunu itirib və daha sonra bu diaqnoz qoyulub.
Oskar qərarından məyus olduğunu bildirib:
“Oynamağa davam etmək istəyirdim, amma alınmadı. Artıq klubumu azarkeş kimi dəstəkləyəcəyəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan yarımmüdafiəçi daha çox “Çelsi”dəki çıxışı ilə tanınıb və bu klubla İngiltərə çempionu olub. O, həmçinin “İnternasyonal” və “Şanxay Port”da da forma geyinib.

Oxşar xəbərlər
40 yaşında böyük futboldan getdi - FOTO
31 yaşında futboldan getdi - FOTO
40 yaşında getdi....daha onu görməyəcəyik!
"San Paulu"nun gənc oyunçusu görüş zamanı huşunu itirdi - Olay
Rahid Əmirquliyev 35 yaşında futboldan getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası