reklam
“Sumqayıt”ın Ronaldosu millidə Kubaya qarşı oynadı
Sportfm.az xəbər saytı

“Sumqayıt”ın Ronaldosu millidə Kubaya qarşı oynadı


“Sumqayıt”ın futbolçusu Ronaldo Vaskesin çıxış etdiyi Dominikan Respublikası yığması Kuba milli komandası ilə üz-üzə gəlib.

Sportfm.az xəbər verir ki, “CONCACAF Series”in ikinci mərhələsi çərçivəsində baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı 50-ci dəqiqədə kubalılar açsalar da, Dominikan Respublikası cəmi 3 dəqiqə sonra Dorni Romeronun qolu ilə tarazlığı bərpa edərək məğlubiyyətdən xilas olmağı bacarıb.

Vaskes bu matça start heyətində başlayıb və 68-ci dəqiqədə Edison Askona ilə əvəzlənib.

Xatırladaq ki, daha öncə Dominikan Respublikası təmsilçiləri El Salvador yığması ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxşar xəbərlər

“Sumqayıt”ın iki legioneri millidə
“Sumqayıt”ın futbolçuları millidə
"Sumqayıt"ın oyunçusu milliyə çağırıldı
"Sumqayıt"ın legioneri millidə fərqləndi
Millimizin oyunlarının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər