reklam
Daha bir oyunun yeri dəyişdirildi -
Sportfm.az xəbər saytı

Daha bir oyunun yeri dəyişdirildi -İkinci Liqa


Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Sportfm.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Bununla əlaqədar olaraq 2-ci Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib. Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.

Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

Oxşar xəbərlər

2-ci liqa oyununun yeri dəyişdirildi
"Kür-Araz" - "Ağstafa Gəncləri" matçında heç-heçə - İkinci Liqa
Quba stadionunda oyun keçirməyə icazə vermədilər
18 oyunun vaxtı açıqlandı - II Liqa
“Baku Sportinq” – “Qaradağ Lökbatan” matçının yeri dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər