reklam
Paracüdoçularımız Dünya Kubokunda mübarizə aparacaq
Sportfm.az xəbər saytı

Paracüdoçularımız Dünya Kubokunda mübarizə aparacaq


Azərbaycanın paracüdo üzrə millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda qüvvələrini sınayacaqlar.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Martın 24-dən 25-nə qədər keçiriləcək yarışda ölkəmizi həm kişi, həm də qadın idmançılar təmsil edəcəklər. Kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) tatami üzərinə çıxacaqlar.

Qadın paracüdoçulardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mükafatlar uğrunda yarışacaqlar.

Komanda turnirə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında yollanıb.

Oxşar xəbərlər

Boksçularımız dünya kubokunda mübarizə aparacaq
Azərbaycan millisinin Dünya Kubokunda iştirak edəcək heyəti - SİYAHI
Gimnastlarımız Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycanın daha iki cüdoçusu tatami üzərinə çıxacaq - Dünya çempionatı
Almaniyada Dünya Kubokunda iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər