Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah" 15 min cərimələndi -Qərar
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22 və 23-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Qurum 22-ci turun "Qarabağ" - "Sabah" oyunundakı qalmaqal və hadisələrlə bağlı qərarlarını da açıqlayıb.
Belə ki, görüşdə “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun oyunluq cəzalandırılıb, klubu 15000 manat cərimə edilib.
Eyni matçda “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb, Ağdam təmsilçisi 6000 manat cərimələnib.
Həmin oyunda “Qarabağ”ın məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmayacaq. “Qarabağ” isə 6000 manat cərimə edilib.
23-cü turun “Şamaxı” – “İmişli” oyununda “İmişli”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
“Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” görüşündə “Neftçi” azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klub 15000 manat cərimələnib.
Bu matçda “Neftçi” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib.

Oxşar xəbərlər
AFFA klubları cərimələdi - Qərar
AFFA bu klubları cərimələdi
"Kəpəz"in futbolçusuna 4 oyunluq cəza
AFFA Premyer Liqa klublarını cərimələdi
Premyer Liqa klublarının cəzaları açıqlandı - QƏRAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası