Françesko Totti "Roma"nı tərk etdi
İtaliyanın "Roma" komandasının sabiq futbolçusu Françesko Totti klubu tərk edib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisində direktor vəzifəsində çalışan sabiq hücumçu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.
Totti bildirib ki, bu qərarı vermək asan olmayıb: "Mən istefa məktubu yazdım. Hazırkı vəziyyəti nəzərə alsaq, hesab edirəm ki, düzgün qərardır. Lakin mənim üçün çox çətin oldu. Belə qərar vermək mənim günahım deyil. "Roma"nı sevmək və dəstəkləmək lazımdır. Prezidentlər, direktorlar dəyişir, klubun rəngləri eyni qalır. Burada birlik olmalıdır".
Təcrübəli oyunçu klubda ona funksioner kimi özünü sübut etmək imkanının verilmədiyini söyləyib: "Əsas qərarlar mənsiz qəbul edilirdi. "Roma"nın bütün azarkeşlərinə minnətdaram və əlbəttə ki, komandanı dəstəkləyəcəyəm. Klubun hazırkı vəziyyətinə görə üzüldüm. Klubun prezidenti dəyişsə, qayıtmağa hazıram".
Qeyd edək ki, Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. O, 1992-ci ildə əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992 - 2017) paytaxt təmsilçisinə həsr edib.
Oxşar xəbərlər
Françesko Totti idman agenti oldu - RƏSMİ
Françesko Totti koronavirusa yoluxdu - Özünü yaxşı hiss edir
Totti menecer olacaq - "Gənc futbolçuları izləyirəm"
"Qarabağ" hörmət ediləsi rəqibdir" - Françesko Totti
Françesko Totti - bir kluba həsr olunan karyera
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası