reklam
Təbriz klubu lider oldu
Sportfm.az xəbər saytı

Təbriz klubu lider oldu


"Traktor" İran çempionatının (Pro Liqa) növbəti turunda öz meydanında "Qol-Qohar"a qalib gəlib.

Sportfm.az xəbər verir ki, Təbrizin "Yadiqar-e İmam" stadionunda keçirilən matçda yeganə qolu 43-cü dəqiqədə Mehdi Haşimnejad vurub. Baş hakim əvvəlcə oyundan kənar vəziyyət əsasında qolu ləğv etsə də, VAR-ın müdaxiləsindən sonra qərar dəyişib və qol qeydə alınıb.

Qeyd edək ki, bu qələbə Məhəmməd Rəbiinin rəhbərliyi altında "Traktor"un çempionatdakı ilk uğuru olub. Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran Təbriz təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin liderliyinə yüksəlib. "Qol-Qohar" isə 36 xalla 4-cü pillədə qalıb.

Oxşar xəbərlər

"Qol Qohar"a 2 qol vurdular - İran çempionatı
Təbriz təmsilçisi qələbə qazandı
Təbriz təmsilçisi 3 qolla qalib gəldi
"Traktor" qələbə qazandı - İran çempionatı
"Traktor Sazi" yenidən liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər