reklam
Rövnəq Abdullayev:
Sportfm.az xəbər saytı

Rövnəq Abdullayev:"Bu, böyük tarixin ilk sətirləridir"


Sportfm.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı affa.az saytına açıqlama verib:“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

Oxşar xəbərlər

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
“Klublarımız Avropa Liqasını bizim üçün doğmalaşdırıb" - Rövnəq Abdullayev
Rövnəq Abdullayev: ""Qarabağ" da Avropa Liqasının finalına yüksəlmək şansına malikdir"
Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər