Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Sərəncam imzalayıb.
Sportfm.az saytı azərtac-a istinadən xəbər verir ki, Sərəncamda “Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır.
Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.
Oxşar xəbərlər
Prezident Minifutbola 1 milyon manat ayırdı
İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırdı
"Qarabağ"a maliyyə ayrıldı - 5 milyon manat
Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat vəsait ayrılıb
İlham Əliyev "Qarabağ"ı qəbul etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası