reklam
“Benfika” – “Real” oyunu ilə bağlı araşdırma başlandı
Sportfm.az xəbər saytı

“Benfika” – “Real” oyunu ilə bağlı araşdırma başlandı


UEFA, Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Benfika” – “Real” oyunu zamanı baş vermiş insidentlə bağlı intizam araşdırmasına start verib. Səbəb “Real”ın hücumçusu Vinisius Juniora qarşı səsləndirildiyi iddia olunan irqçi ifadələrdir.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA hadisədə iştirak edən bütün tərəfləri, o cümlədən matçdan sonra açıq şəkildə ittiham səsləndirən Kilian Mbappeni də dindirməyi planlaşdırır.

Mbappe Lissabon klubunun yarımmüdafiəçisi Canluka Prestianninin irqçi ifadələr işlətdiyini bildirmişdi. Kifayət qədər sübut tapılmayacağı halda, hansısa sanksiya tətbiq olunmayacaq.

Lissabonda keçirilən ilk oyun Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb və yeganə qolu Vinisius vurub. İkinci hissədə braziliyalı futbolçunun oyunun baş hakimi Frankois Letexierə müraciətindən sonra qarşılaşma təxminən 9 dəqiqə dayandırılıb.

Tərəflər arasında cavab matçı fevralın 25-də, Madriddə keçiriləcək.

Oxşar xəbərlər

UEFA ləğv olunan penalti qərarı ilə bağlı açıqlama verdi
Mbappe yenə ən yaxşıdı
Bütün yollar "Real"a aparır - Çempionlar Liqası
“Real” FİFA və UEFA-nı ittiham edir - Zədəyə görə
Ulduz futbolçu irqçi təhqirlə bağlı danışdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər