Bukmekerlər “Qarabağ”ı daha şanslı sayır
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” “Kopenhagen”in qonağı olacaq.
Sportfm.az xəbər verir ki, məşhur “Marafon” bukmeker kontoru bu cütdə təmsilçimizi favorit sayır. Belə ki, kontorda ilk oyunda 1:0 hesabıyla qalib gələn “Qarabağ”ın qrup mərhələsinə düşmək şansının əmsalı 1,64 verilib. “Kopenhagen”də isə bu rəqəm 2,32-di.
Lakin bukmekerlər bugünkü matçda danimarkalıların qalib gəlməsini daha real sayırlar. Belə ki, kontor “Kopenhagen”in bugünkü qarşılaşmada qələbəsini 1,77, heç-heçəni 3,62, təmsilçimizin qələbəsini isə 5,40 əmsalı ilə qiymətləndirib.
Maraqlıdı ki, bukmekerlərin böyük əksəriyyətinin fikrincə qarşılaşma “Kopenhagen”in 1:0 hesablı qələbəsiylə nəticələnəcək (5,70 əmsal). 0:0 hesabı da ən inandırıcı nəticələrdən hesab edilir (6,60 əmsal).
Burdan da belə nəticə çıxır ki, bukmekerlərin fikrincə, bugünkü qarşılaşmanın taleyini 11 metrlik cərimə zərbələri təyin edəcək ki, burda da təmsilçimiz mərhələ adlamağa daha şanslı göstərilir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |