reklam
İntizam Komitəsinin qərarları açıqlandı
Sportfm.az xəbər saytı

İntizam Komitəsinin qərarları açıqlandı


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 18-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilib.

"Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilib. Meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” komandası daha 5000 manat cərimə edilib.

“Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Oxşar xəbərlər

AFFA bu klubları cərimələdi - QƏRAR
AFFA bu klubları cərimələdi
AFFA bu klubları cərimələdi - Qərar
AFFA klubların cəzasını açıqladı - QƏRAR
"Kəpəz" və "Sumqayıt" cərimələndi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər