Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" Akostanı heyətinə qata bilmədi
“Qarabağ” qış transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış mərkəz hücumçusu axtarışlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi Paraqvayın “Sportivo 2 de Mayo” klubunun forvardı Dieqo Akostanı heyətinə qatmağa yaxın olsa da, bu keçid son anda reallaşmayıb.
Tərəflər arasında bütün detallar üzrə razılıq əldə edilməsinə baxmayaraq, transferin baş tutmama səbəbi açıqlanmır.
Karyerası ərzində Rusiyanın “KamAZ” və “Orenburq” kimi klublarında da çıxış etmiş 23 yaşlı paraqvaylı hücumçu cari mövsümdə meydana çıxdığı 2 oyunda 2 qol vurmağı bacarıb. “Köhlən atlar” fevralın 10-u saat 23:59-dək davam edəcək transfer dövrünün sonuna qədər bu mövqeyə yeni oyunçu cəlb etməyə çalışacaq(teleqraf.az).

Oxşar xəbərlər
"Qarabağ"da fransalı futbolçu - RƏSMİ
Qarabağ təmsilçisi yeni transfer etdi
"Kəpəz"də yeni oyunçu - TRANSFER
"Qarabağ"ın rəqibindən yeni oyunçu transferi
"Neftçi" paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası