Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldo Ərəbistanı tərk edir?
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandanın bugünkü məşqini buraxıb.
Sportfm.az xəbər verir ki, dünən portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl-Riyad”a qarşı oyuna çıxmayıb.
Bildirilir ki, buna Ronaldonun Səudiyyə Ərəbistanı Suveren İnvestisiya Fondunun (PIF) klubu rəqibləri, xüsusən də “Əl-Hilal”la müqayisədə idarəetmə tərzindən narazılığı səbəb olub. Hücumçu hesab edir ki, klub sahibləri “Əl-Nəsr”in çempionluq uğrunda mübarizəsinə mane olurlar. O, həmçinin “rəqabətə zərərli təsir göstərəcəyi” üçün Kərim Benzemanın “Əl-Hilala” keçidinə qarşı çıxıb.
Jurnalist Əbdüləziz Əl-Osseiminin sözlərinə görə, Ronaldo dünənki oyunu buraxan oyunçuların bu gün məşqində iştirak etməyib.
Daha əvvəl Ronaldonun iyun ayında “Əl-Nəsr”dən ayrılıb Avropaya qayıda biləcəyi və ya MLS klublarından birinə keçə biləcəyi barədə də məlumat yayılmışdı.

Oxşar xəbərlər
Ronaldo “Əl-Nəsr”in ortaqı olacaq
Ronaldo qol vurdu, "Əl-Nəsr" bərabərə qaldı
Ronaldo ayın ən yaxşısı oldu
Ronaldo yenə qol vurdu
Ronaldo və Messi üz-üzə - Matç baş tutacaqmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası