Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mikroavtobus qəzaya düşdü, azarkeşlər dünyasını dəyişdi
Yunanıstanın PAOK klubunun azarkeşlərini daşıyan mikroavtobus ağır yol qəzasına uğrayıb.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə Rumıniya ərazisində baş verib. İçərisində 10 azarkeşin olduğu nəqliyyat vasitəsi komandalarını dəstəkləmək üçün Yunanıstandan Fransaya, Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Lion"la oyuna yollanırmış.
Məlumata görə, dəhşətli qəza nəticəsində 7 azarkeş dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yunanıstan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya verib. Ölkənin Buxarestdəki səfirliyinə və konsulluğuna zərərçəkənlərə, eləcə də onların ailələrinə hər cür köməkliyin göstərilməsi tapşırılıb. Xüsusi nümayəndə heyəti hadisə yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara yollanıb.

Oxşar xəbərlər
Türkiyə klubunun avtobusu qəzaya uğradı - Hadisə
Azarkeşləri daşıyan mikroavtobus aşıb, 1 nəfər öldü - Premyer Liqa
Futbolçular qəzaya düşdü - 9 futbolçu və 1 məşqçi öldü
Əyləc tutmadı, 8 futbolçu xəstəxanalıq oldu - FOTO
Futbolçuları daşıyan təyyarə qəzaya düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası