reklam
Sportfm.az xəbər saytı

"Ölkəmi layiqincə təmsil edəcəm" -Nigar Mirzəliyeva


Almaniyanın “Hamburq” klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inanır.

Sportfm.az xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçinin özü AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib. O, gələcək hədəflərindən də söz açıb:

“Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacam. “Hamburq” tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəm və gözəl uğurlara imza atacam”.

Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib. O, ötən gün “Hamburq”la 2,5 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

Millimizin futbolçusu Almaniya klubunda – RƏSMİ
Azərbaycanlı futbolçu Rusiyada rəmzi yığmaya düşdü
"“Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər" - Amil Yunanov
Millimizin üzvü "Zenit"də - TRANSFER
"Hamburq"da seneqallı baş məşqçi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər